İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda qeyri-qanuni miqrantlar məktəblərə yerləşdirilir

Nyu-York şəhərində qeyri-qanuni miqrantları mənzil çatışmazlığı səbəbindən idman zallarına yerləşdirilən və bu üzdən uşaqlar məktəblərdə yad insanların olmasına dözmək məcburiyyətindədirlər.

Musavat.com xəbər verir ki, bu barədə New-York Post qəzeti yazıb.

Məktəbin direktoru bir neçə ailənin müvəqqəti olaraq məktəbin idman zalında yerləşdirilməsinin zəruriliyi barədə valideynləri xəbərdar etdikdən sonra ictimaiyyət əvvəlcə bir məktəbin miqrantlar tərəfindən məskunlaşmasının qarşısını ala bilib. Valideynlərin və məktəb şurasının hiddətii Nyu-York meri Erik Adamsın administrasiyasının qısa müddətə geri çəkilməsinə səbəb olub.

Bu gün məlumat yayılıb ki, əsasən rusdilli mühacirlərin məskunlaşdığı Koney adasında yenə mühacirləri məktəblərdə məskunlaşdırırlar.

Məktəblilərin valideynləri övladlarının yetkin yad adamlardan qorxmalarından qəzəblənirlər, lakin görünür, onlar artıq vəziyyətə təsir edə bilmirlər. Çünki meriya miqrant axını ilə bağlı vəziyyətdən çıxmaq üçün hər cür yol axtarır. 

Bundan əvvəl xəbər verilmişdi ki, Nyu-Yorkda otellər miqrantları yerləşdirmək üçün veteranları qovmağa başlayıb. Bu, bu yerlərin sahiblərinə bir gecədə təxminən 100 dollar əlavə qazanc əldə etməyə imkan verir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR