İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi -VİDEO

ABŞ-nin Nyu-York ştatının qubernatoru Keti Hokul şəhərdə fövqəladə vəziyyət elan edib.

Buna səbəb bir neçə saatdır davam edən leysan yağışları olub.  

“Nyu-York, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan edilib”, - deyə Keti Hokul öz “X” hesabında (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayan leysan yağış nəticəsində bəzi küçələri su basıb. La-Quardiya hava limanlarından birinin, eləcə də bir neçə metro xəttinin işi dayandırılıb. Yağışın ən azı daha iki saat davam edəcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR