İnsanlara hürriyət, millətlərə istiqlal!

NYT: Demokratların tərəfdarları Baydenin ikinci dəfə Prezident olmasını istəmirlər


ABŞ-ın Demokratik Partiyasının tərəfdarlarının əksəriyyəti hazırkı Prezidenti Cozef Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəmir.

“Report” xəbər verir ki, bunu New York Times/Siena Kollecinin keçirdiyi sorğu sübut edir.

Araşdırmalar göstərib ki, respondentlərin 26%-i Baydenin 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürməsini istəyir, lakin 64%-i başqa namizəd görmək istəyir.

Respondentlərin yeni namizədə səs verməsinin əsas səbəbləri hazırkı prezidentin yaşı və fəaliyyətidir.

Qeyd edək ki, sorğu və analitik şirkəti olan “Civiqs” tərəfindən aparılan sorğuya görə, ABŞ-da qeydiyyatdan keçmiş seçicilərin 29 faizi Co Baydenin idarə etmə tərzini bəyənir, 58 faizi bəyənmir, 13 faizi isə cavab verməkdə çətinlik çəkir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR