İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə obyektlərinə zərbələrdən 2 saat əvvəl ABŞ İranı xəbərdar edibmiş

Vaşinqton hücum başlamazdan iki saat əvvəl Tehrana İranın nüvə obyektlərinə zərbə endirmək niyyəti barədə xəbərdarlıq edib.

Musavat.com-un məlumatına əsasən bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor X hesabında yazıb: "Mən aydınlıq gətirmək istərdim. Birləşmiş Ştatlar nüvə obyektlərinə zərbə endirməzdən iki saat əvvəl İrana hücumun baş verəcəyi barədə xəbərdarlıq etmişdi".

Qeyd edək ki, prezident Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İran rəsmiləri ABŞ-ın ölkənin nüvə obyektlərinə zərbə endirmək niyyətində olduğunu son ana qədər bilmirdilər. Tramp onu da bildirib ki, ABŞ-ın Fordodakı nüvə obyektinə hücum edəcəyini heç kim təsəvvür edə bilməzdi, çünki o, keçilməz hesab olunurdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR