İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuri və Ceynin gecəsində baş verənlər - FOTOLAR

Müğənni Nuri və Ceynin "Yubanma gəl" adlı solo konsertinin ilk günü baş tutub. 

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, Heydər Əliyev Sarayında gerçəkləşən gecənin təşkilatçısı və prodüseri aparıcı Lamiyə Ələkbərova olub.

Gecənin musiqi rəhbəri Əməkdar artist Eldar Məmmədov olub. 

Cütlük gecədə repertuarlarında olan mahnıları canlı səsləndiriblər. Müğənni gecədə öz bəstəsi olan bir neçə hit mahnısını da oxuyub. Gecədə bir çox maraqlı məqamlar yaşanıb. Konsertdə Ceyn də öz yox, məhz Nurinin repertuarındakı mahnıları oxuyub. 

Ceyn eyni zamanda Nurinin ifası zamanı maraqlı rəqslər nümayiş etdirib. 

Anşlaqla keçən gecədə Nuri tamaşaçılarla söhbət edib, onlara sevgisini səsləndirib. Sonuncu dəfə 2019-cu ildə Heydər Əliyev Sarayında səhnəyə çıxan Nuri darıxdığını da gizlətməyib. 

İfaçı gecə üçün xüsusi hazırlaşdığını, böyük komanda ilə çalışdığını açıqlayıb. 

Qeyd edək ki, bu gün də Nuri və Ceyn Heydər Əliyev Sarayında səhnəyə çıxacaqlar. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR