Onlayn ictimai-siyasi qəzet
Müğənni Nura Suri Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi Forumunda iştirak etməyən həmkarlarını tənqid edib.
Musavat.com axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. O, həmkarlarını birlik olmağa və təkliflər hazırlamağa çağırıb:
"Bizdə səhnədə olan tanınmış Xalq artistləri, müğənnilər var ki, yalnız pul qazanmaqla məşğuldurlar. Toylar, konsertlər, tədbirlər, bunları başa düşürəm. Amma belə forumlarda sizin iştirak etməməyiniz, fikir bildirməməyiniz bu heç xoşagələn hal deyil. Düşünürəm ki, biz müğənnilər toplaşıb təklif hazırlamalıyıq. Mədəniyyət Nazirliyinə təkliflərimizi irəli sürməliyik. Bizim gözləntimiz nədir, nəyin olmasını və ya olmamasını istəyirik. Bütün bunları etmək lazımdır. İşimiz yalnız çıxıb mahnı oxumaqdan ibarət deyil axı...".
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ