İnsanlara hürriyət, millətlərə istiqlal!

Nümayəndələr Palatasının yeni spikeri Ukraynanın adını çəkmədi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri seçilən respublikaçı Kevin Makkarti Ukraynanın adını çəkmədən parlamentin aşağı palatasının işinin prioritetlərini açıqlayıb.

Musavat.com bu barədə “TASS”a istinadən xəbər verir.

Qeyd edilir ki, ötən ilin noyabrında Konqres seçkilərində amerikalılar ABŞ-ın yeni istiqamətinə səs veriblər və indi Nümayəndələr Palatası öz öhdəliklərini yerinə yetirmək niyyətindədir.

“Söhbət güclü iqtisadiyyatın, təhlükəsizliyin, daxili azadlıqların və hökumətin hesabatlılığının təmin edilməsindən gedir. Qanunvericilər ərzağın, benzinin, avtomobillərin, mənzillərin qiymətlərini azaltmaq, dövlət borcunun artımını dayandırmaq, enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq üçün ABŞ administrasiyasının israfçı xərclərini dayandırmaq öhdəliyinə sadiqdirlər” , - deyə Makkarti bildirib.

O, həmçinin əsas prioritetlər arasında Meksika ilə sərhədi keçən miqrantların qeyri-qanuni axınına və Pekinlə rəqabətə qarşı durmağı da bildirib.

Kevin Makkarti öz çıxışında Ukraynadakı vəziyyəti və Kiyevə yardım üçün vəsaitin ayrılmasını qeyd etməyib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR