İnsanlara hürriyət, millətlərə istiqlal!

Novosibirskdə sakin hərbi komissarlığı yandırmaq istədi  

Rusiyanın Novosibirsk vilayətində bir sakin şəhərin Kirovski və Leninski rayonları üzrə hərbi komissarlığını yandırmağa cəhd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi komissarı Yevgeni Kudryavtsev məlumat verib.

Hərbi komissar bildirib ki, iki pəncərəyə molotof kokteyli atıldığını, yanğın sahəsi çöldən 0,5 kvadratmetri əhatə etdiyini deyib. Yanğın vaxtında söndürüldüyünə görə, hərbi komissarlığın əmlakına və binasına ziyan dəyməyib.

Qeyd edək ki, bu ilin sentyabr ayının 21-də Müdafiə Nazirliyi 300 min əsgəri səfərbər etmək niyyətində olduğunu açıqlasa da, media səfərbər olunanların sayının bir milyonu keçə biləcəyini yazır. Bölgələrdə səfərbərlik zamanı çoxsaylı qanun pozuntuları aşkar edilib: səhhətində problem olan, döyüş təcrübəsi olmayan, yaşı 35-dən yuxarı olan şəxslər də ordu sıralarına çağırılır. Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR