İnsanlara hürriyət, millətlərə istiqlal!

Novak: “Rusiya İranla birgə 10 yeni neft yatağı üzərində işləyir”

Rusiya İranla birlikdə on yeni neft və qaz yatağının işlənməsi ilə məşğuldur.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Nazirlər Kabinetinin sədr müavini Aleksandr Novak məlumat verib.
“Bir neçə layihə kifayət qədər uğurla həyata keçirilir. Əlavə layihələr də nəzərdən keçirilir”, - o bildirib.

Bundan əlavə, tərəflər artıq bütün texniki məsələləri müzakirə ediblər. Hazırda ekspertlər kommersiya şərtlərini qiymətləndirir və İrandan olan tərəfdaşlarla bu şərtlər üzərində işləyirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya və İran arasında Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi ilə bağlı saziş imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR