Onlayn ictimai-siyasi qəzet
Bu gün Parisdəki məşhur Notr-Dam kilsəsi 2019-cu ildəki yanğından sonra ilk dəfə açılır.
Musavat.com xarici mediaya istinadın xəbər verir ki, açılış mərasimi axşam saatlarında prezident Emmanuel Makronun çıxışı ilə başlayacaq. Kilsəni yenidən açmaq üçün beş illik intensiv bərpa işləri aparılıb və bu prosesə 2000-dən çox mütəxəssis qatılıb. Ümumi xərclər təxminən 700 milyon avro təşkil edib. Sabah, 8 dekabrda, Parisin arxiyepiskopu Laurent Ulrich ilk dini mərasimi idarə edəcək.
Qeyd edək ki, Donald Trump, ABŞ-ın yeni seçilmiş prezidenti olaraq, Notrdam kilsəsinin təntənəli açılış mərasimində iştirak etmək üçün Parisə gedəcəyini təsdiqləyib. Bu, onun noyabr ayında keçirilən seçkilərdə qalib gəlməsindən sonra ilk xarici səfəri olacaq. Trump, sosial mediada verdiyi açıqlamada, bu tarixi hadisədə iştirak etməkdən qürur duyduğunu və Fransanın kilsəni bərpa etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirib. Tədbirdə 50-yə yaxın dövlət və hökumət başçısının iştirak etməsi gözlənilir, lakin Papa Fransisk iştirak etməyəcək.
Paris polisi təhlükəsizlik tədbirləri çərçivəsində 6,000-dən çox polis əməkdaşını və jandarmı cəlb edib. İle de la Sitə (Notrdam kilsəsinin yerləşdiyi ada) yalnız dəvətli qonaqlar və yerli sakinlər buraxılacaq.
Afaq,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ