Onlayn ictimai-siyasi qəzet
Meyxanaçı Namiq Qaraçuxurlu mərhum həmkarı Nizami Rəmziyə həsr edilən "O üz" verilişinə gəlməkdən imtina edib.
Axşam.az xəbər verir ki, bu haqda proqrama gələn N.Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O, N.Qaraçuxurlunun ünvanına sərt sözlər deyib:
"Namiq Nizami haqda nə bilirdi nə danışsın? O, məktəbə gedəndə Nizami Rəmzi konsert verirdi, efirdə çıxış edirdi. Namiq Qaraçuxurlu, Pərviz Bülbülələr efir vasitəsiylə özünü tanıdıblar. Nizami xalqın içində tanınıb, efirə çağrılıb. Namiq konsert verəndə, insanlar gəlsin deyə, Nizaminin "Nəcibə" mahnısını oxudu, onunla özünü reklam etdi. O vaxt ona Nizami lazım idi. İndi Bakıda ola-ola Moskvadayam deyir. Meyxananın şahına həsr olunan verilişə gəlmirsən. Cürətə bax ki, Pərviz Nizami Rəmzinin "Aşıqla canan" mahnısının sözlərini dəyişib, deyir mənimdir. Sənin bildiyin nədir ki, sən söz yazırsan. Nizami Rəmzi meyxana üzərindəki "avara" ifadəsini silib atdı. Nizami Rəmzinin çörəyini yeyirlər. İndi də Namiq deyir, Moskvadayam".
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ