Onlayn ictimai-siyasi qəzet
Məşhur iş xanımı və aparıcı Nigar Fərhadın növbəti dəfə qalmaqallı açıqlama verib.
Yenisabah.az xəbər verir ki, o, “Nigar Xanım” verilişində nişanlı qızlar barədə danışıb:
“Sizlər 90-lara qədər olan zəmanəni yaxşı bilirsiniz, biz isə 90-cı illərdən sonranı yaxşı bilirik. İndi çox nadir halda nişanlılar var ki, sizin ağlınızda tutduğunuz şeyləri etmirlər. Düşünməyin ki, hər şey sizin hesab etdiyiniz kimi “toz-pəmbə”dir. Nişanlılar hər şey edir, hətta evlilərdən daha çox "hərəkətlər" edirlər.
Mən üzümü gözəl qızlarımıza tuturam, özünüzü bədəninizlə düşünməyin. Ağlınızla düşünün, siz əvvəlcə təhsil almalısınız. Müəyyən bir yaşdan sonra atanız, ananız xəstələnəcək, qazanacağınız pulla onları xəstəxana yatağından qaldıracaqsınız, müalicə etdirib, dərmanlarını alacaqsınız. Bunun üçün pul qazanmalısınız, əgər o pulu halal şəkildə qazanmaq istəyirsinizsə, mütləq təhsil almalısınız”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ