Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən axşam "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.
Musavat.com xəbər verir ki, Nicat qəzadan 14 saat əvvəl sosial şəbəkə hesabında idarə etdiyi lüks "Porsche" markalı avtomobilində çəkdirdiyi "selfi"sini izləyiciləri ilə bölüşüb.
Bu onun qəzadan əvvəl son paylaşımı olub.
Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafın dirsəkdən amputasiyası edilib.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ