İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli VİDEO: Keçmiş arvadının üzərinə maşın sürdü, əzdi – həbs olundu

İstanbulun Bayrampaşa rayonunun Kocatepe məhəlləsində mayın 11-i – bazar günü baş verən hadisə şəhərdə böyük rezonans doğurub.

Musavat.com xəbər verir ki, həyat yoldaşı M.K ilə boşanmış C.N. təsadüfən küçədə keçmiş həyat yoldaşını gördükdən sonra avtomobilini onun üzərinə sürüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, C.N. avtomobili ilə manevr etdikdən sonra maşını səkiyə çıxararaq keçmiş arvadı M.K.-nın və onun yanındakı qadın dostunun üstünə sürüb. Nəticədə M.K. avtomobilin zərbəsi ilə yerə yıxılıb və bel nahiyəsindən xəsarət alıb. Ətrafdakı vətəndaşlar dərhal polisə və təcili tibbi yardıma xəbər veriblər.

Hadisə yerinə gələn təcili yardım briqadası yaralı qadını xəstəxanaya çatdırıb. Onun vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.

C.N. hadisədən qısa müddət sonra polis tərəfindən saxlanılıb. Onun ifadəsi alınıb və istintaq çərçivəsində hüquq-mühafizə orqanlarında prosedurlar tamamlandıqdan sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə C.N. həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Güvənlik kameraları tərəfindən qeydə alınan görüntülərdə C.N.-nin avtomobili ilə manevr etdiyi, ardınca keçmiş həyat yoldaşı və onun yanındakı qadına çırpıldığı dəqiq şəkildə əks olunub.

Hadisə qadınlara qarşı şiddət mövzusunu bir daha gündəmə gətirib. Sosial şəbəkələrdə çox sayda istifadəçi bu cür hallar qarşısında daha sərt qanunların tətbiq olunmalı olduğunu bildirir.

Araşdırma davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR