Onlayn ictimai-siyasi qəzet
Suriya hakimiyyəti Suriyanın bölünməsinə və əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcək.
Musavat.com xəbər verir ki, bu, ölkənin prezidenti Əhməd əş-Şaraanın vətəndaşlara müraciətində yer alıb.
Müraciət “Əl-Cəzirə” telekanalı tərəfindən yayınlanıb.
Əş-Şaraa bildirib: "Suriya bundan sonra hakimiyyət mübarizəsi meydanı və ya xarici ambisiyaların reallaşdırılması platforması olmayacaq. Biz Suriyanın parçalanmasına və xalqımızı parçalamağa yönəlmiş əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcəyik".
Qeyd edək ki, Əhməd əş-Şaraa dünən Yaxın Şərqdə səfərdə olan ABŞ prezidenti Donald Trampla görüşüb. Görüşdən sonra Tramp Suriyaya qarşı bütün sanksiyaları ləğv etdiyini açıqlayıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ