İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyandan absurd iddialar

Ermənistanın baş naziri növbəti dəfə revanşistləri yamsılayaraq sülh prosesini pozacaq mövqe sərgiləyib.

Musavat.com-un məlumatına görə, baş nazir Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu iddia edib.

“Azərbaycanın Əsas Qanunu 1991-ci ildə qəbul edilmiş müstəqillik aktına istinad edir. Sonuncu, 1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycanın müstəqillik bəyannaməsinə istinad edir. Bundan başqa, bu aktda qeyd olunur ki, indiki Azərbaycan 1918-1920-ci illərdə Azərbaycan Respublikasının hüquqi varisidir. 1919-cu ildə Antantaya təqdim edilən xəritədə isə Ermənistanın Sünik, Vayots Dzor, Tavuş və bir sıra digər rayonları tam və ya qismən Azərbaycan kimi qeyd olunub”, - N.Paşinyan iddiasını davam etdirərkən bildirib.

Ermənistanın hökumət rəhbəri onu da deyib ki, İrəvan Azərbaycan konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır, “çünki saziş layihəsində artıq bənd var ki, tərəflər sazişi həyata keçirməmək üçün öz daxili qanunlarına istinad edə bilməzlər”.

Erməni mediasının yazdığına görə, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun ləğvini ancaq sülh əldə edildikdən sonra mümkün hesab edir və indi “at qabağına araba qoymaq” məntiqsizdir. Amma ATƏT-in Minsk qrupunun mövcudluğu o demək deyil ki, İrəvanın Bakıya ərazi iddiaları var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR