İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölüb

Nigeriyanın Kaduna əyalətində silahlı hücum nəticəsində 9 nəfər ölüb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan silahlı şəxslər Kaduna əyalətinin Birnin Qvari rayonunda hücum həyata keçirib. Hücumda 9 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Nigeriyanın Kaduna əyaləti son zamanlar silahlı dəstələrin hücumları ilə üzləşib.

Bu ilin yanvar-mart aylarında əyalətdə törədilən hücumlarda 214 nəfər həlak olub, 746 nəfər qaçırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR