İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigerdə yaranan izdiham zamanı 30-dan çox insan ölüb

Nigerdə ərzaq və əşyaların yerli sakinlərə pulsuz paylanması zamanı kütləvi izdiham yaşanıb.

“Report”un məlumatına görə, bu barədə “PM News” portalı məlumat yayıb.

Qeyd olunub ki, ərzaq paylanmasından bir gün əvvəl yerli kilsənin yaxınlığında minlərlə insan toplaşıb. Xeyriyyə aksiyasının təşkilatçıları pulsuz yemək və əşyalar almaq istəyən izdihamın öhdəsindən gələ bilməyiblər.

Son məlumatlara görə, izdiham nəticəsində biri hamilə qadın, üçü uşaq olmaqla 31 nəfər ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR