İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland İrana qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb

Niderland İranda insan hüquqlarının pozulmasına görə sərt sanksiyaların tətbiqini zəruri hesab edir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte tviterdə bildirib.

"İran rejiminin qeyri-insani hərəkətləri cəzasız qala bilməz. Niderland Avropa İttifaqı tərəfindən sərt sanksiyaların tərəfdarıdır. Narahatlığımızı açıq şəkildə bildirmək üçün bir daha İran səfirini çağırırıq", - Rutte qeyd edib.

Bundan əvvəl İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb ki, ümummilli etiraz aksiyalarında iştirak edən 109 nəfər edam oluna bilər.

Xatırladaq ki, Tehran, Məşhəd və Kərəcdə dörd etirazçı - Möhsün Şəkəri, Məcidreza Rəhnavard, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyni barəsində çıxarılan ölüm hökmü icra olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR