İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı  

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan, daha sonra dünyasını dəyişən 30 yaşlı Nəzrin Mansurovanın həkimi  ilə bağlı  yeni məqamlar ortaya çıxıb.

Son günlərdə gənc Nəzrinin estetik əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı hadisə cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Hadisə zamanı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev ciddi ittihamlarla qarşı-qarşıyadır.

Nəzrinin əməliyyatdan sonra kritik vəziyyətə düşdüyü bir dövrdə, iddialara görə, Sənan Mehdiyev nə ailəyə lazımi dəstək göstərib, nə də məsuliyyətini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcı Eldar Rəsulov paylaşım edib.  Əksinə, həkim sosial mediada özünü müdafiə etməyə üstünlük verib. Pasientinin vəziyyətini və ölüm səbəbini araşdırmaq əvəzinə, yalnız öz fəaliyyətini bəraətləndirmək cəhdləri ilə diqqət çəkib.

İddialara görə, Nəzrinin ölümü əməliyyat zamanı baş verən səhvdən çox, əməliyyatdan sonrakı səhlənkarlığın nəticəsidir. Ailənin və yaxınlarının dediyinə əsasən, lazımi tibbi nəzarət göstərilməməsi və vəziyyətin ciddi qəbul edilməməsi faciəvi sonluğa gətirib çıxarıb.

Bu hadisə ilə bağlı narahatlıq doğuran daha bir məqam isə Sənan Mehdiyevin adı ətrafında əvvəllər də oxşar iddiaların səslənmiş olmasıdır. Bildirilir ki, 2015-ci ildə onun digər bir pasienti də oxşar şəkildə həyatını itirib. Hətta ört-basdır olunmuş digər hadisələrin də olduğu qeyd edilir.

Eldar Rəsulov qeyd edir ki, Nəzrinin ailəsinin möcüzə gözlədiyi ilk günlərdə, Sənan Mehdiyev artıq bəzi televiziya kanallarına açıqlama vermiş, vəziyyəti öz baxış bucağından izah etməyə çalışmışdı. Ailə və ictimaiyyət isə şəffaf araşdırma və ədalət tələb edir.

Bu hadisə təkcə bir ailənin faciəsi deyil, həm də səhiyyə sistemində cavabdehlik və şəffaflıq məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. İctimaiyyət bu kimi hadisələrin bir daha baş verməməsi üçün ciddi tədbirlərin görülməsini tələb edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR