İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəzrin Mərdanla heç yerdə olmayan görüntülərini paylaşdı - VİDEO

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova müğənni həyat yoldaşı Mərdan Kazımovla bağlı paylaşım edib.

Nəzrin həyat yoldaşının ad günü olduğunu vurğulayıb. Onun yayımladığı videoda cütlüyün özəl günlərindən, evlilik təklifi etdikləri andan görüntülər yer alıb.

Nəzrin paylaşımına "Şirinim, yubileyin mübarək! Səni ən özəl günümüzdən olan kadrlarla təbrik etmək istədim. Hansı ki mənim üçün hər zaman unudulmaz və hər baxanda kövrəldiyim an olaraq qalacaq. Yaxşı ki doğulmusan. Yaxşı ki varsan. Yaxşı ki bir-birimizi tapmışıq. Ruh ekizi dedikləri bu olsa gərək. Hər zaman var ol. Mənimlə ol! Səni çox sevirəm!!!" sözlərini yazıb.

Qeyd edək ki, Nəzrin və Mərdan bu ilin aprelində ailə qurub./axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR