İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil” - Nazirə dəstək

“Estetik əməliyyatlar barədə münasibət bildirmək istəməyən adam varsa, o da mənəm. Belə şeylərə qarışmıram. Özləri bilərlər. Necə istəyirlərsə, elə də etsinlər. Həqiqətən də, kiminsə görmə, iybilmə qabiliyyətində maneə, problem varsa, əməliyyat etdirmələri normaldır. Amma mən əvvəldən estetik əməliyyatla kiçiltmə, böyütmə - bunların əleyhinəyəm. Yenə də hər kəs özü bilər”.

Bunu Xalq artisti Afaq Bəşirqızı deyib.

O, səhiyyə naziri Teymur Musayevin estetik əməliyyatlarla bağlı çağırışına münasibət bildirib:

“Səliqə-səhman başqa şeydir. Qadın həmişə özünə baxmalıdır. İctimaiyyət arasında olan qadın hər zaman özünə fikir verməlidir. Mənim fikrimcə, nəyisə kəsdirib harasa yamamaq, nəyisə götürüb harasa qoymaq isə bir az düzgün deyil. İlahinin yaratdığı gözəlliyi heç bir estetik əməliyyat əvəz edə bilməz”./pravda.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR