İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəvələrindən inciyən 92 yaşlı nənə məktəbə getdi

Hindistanda 92 yaşlı qadın ilk dəfə məktəbə gedib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Bulandşəhr rayonundan olan Səlimə Xan 1931-ci ildə anadan olub. Onun böyüdüyü kənddə məktəb olmayıb və Səlimə 14 yaşında ərə verilib.

Savadlılığın artırılması üzrə dövlət proqramının könüllüləri ona təhsil almağı məsləhət görüblər. Qadın özündən 80 yaş kiçik uşaqlarla altı ay dərslərdə iştirak edib.

Bununla da, nənə öz qərarı ilə kəndindəki daha 25 qadını ibtidai təhsil almağa ruhlandırıb.

"Nəvələrim pul saymağı bilmədiyim üçün məni aldadırdılar. Onlara əlavə pul verirdim. Artıq o günlər arxada qaldı", - deyə qadın bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR