Onlayn ictimai-siyasi qəzet
İsrail uzun illərdir ki, İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır. Musavat.com xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Baş nazirin ofisi onun videomüraciətini yayıb. Müraciətdə deyilir: “Son illərdə və hətta son həftələrdə İsrail İrandan birbaşa hücum ehtimalına hazırlaşır. Müdafiə sistemləri hazırlıq vəziyyətindədir, biz həm müdafiə, həm də hücumda hadisələrin hər cür inkişafına hazırıq”.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ