İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Qəzzada hakimiyyətin dəyişməsi üçün şərtini açıqlayıb

“Qəzza zolağında hakimiyyətin ötürülməsi üçün əsas şərt Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsidir”.

“Report” xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.

Baş nazir yayımladığı videomüraciətdə deyib: “Qəzza zolağında hakimiyyətin başqasına təhvil verilməsinin hazırlanmasının ilk şərti HƏMAS-ın məhv edilməsidir. Bunu bəhanəsiz etmək lazımdır”.

Netanyahu əlavə edib ki, 2023-cü il oktyabrın 7-də baş vermiş dəhşətli qırğından sonra hərəkatın məhv edilməsi əmini verib:

“Nə qədər ki, HƏMAS yerində qalacaq, başqa heç kim Qəzzada mülki idarəçiliyi öz üzərinə götürməyəcək”.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant keçirdiyi mətbuat konfransı zamanı HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağında İsrailin hərbi və mülki idarəçiliyinin tətbiqinə qarşı çıxış edib və gələcəkdə anklavı idarə etmək üçün yerli, düşmən olmayan alternativin yaradılmasına çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR