Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü səhər Qeysəriyyə şəhəri yaxınlığında pilotsuz təyyarənin hücumu zamanı “İranın agentləri”ni onu və həyat yoldaşını öldürməyə cəhddə ittiham edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir bu hücumun İsrailin HƏMAS-a və “Hizbullah”a qarşı hərbi əməliyyatları davam etdirməsinə mane olmayacağını deyib
“Bu gün məni və həyat yoldaşımı öldürməyə cəhd edən İran agentləri böyük səhvə yol verdilər. Bu, məni və İsrail dövlətini nəsillər boyu təhlükəsizliyimizi təmin etmək üçün düşmənlərimizə qarşı müharibəni davam etdirməkdən çəkindirməyəcək”, - İsrail Nazirlər Kabinetinin rəhbəri X sosial şəbəkəsində yazıb.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ