İnsanlara hürriyət, millətlərə istiqlal!

Adolf Eyxmanı edam edən cəllad öldü

İsraildə nasist cinayətkarı Adolf Eyxmanı edam edən cəllad Şalom Naqar 86 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır. Bildirilir ki, bu, İsrail tarixində yeganə ölüm cəzası olub.

Nasist Eyxman Almaniyada yəhudilərin məhv edilməsi siyasətinin müəlliflərindən və həyata keçirənlərdən biri idi. . 1960-cı ildə İsrail kəşfiyyatı Eyxmanı Argentinada Rikardo Klement adı ilə yaşadığı yerdə saxlayıb.

İsrail onu qaçırmaq və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarmaq qərarına gəlib. Çünki "Argentina heç vaxt Eyxmanı mühakimə üçün təhvil verməzdi. Nəticədə narkotikin təsiri altında olan Eyxman sərhəddə qəza nəticəsində kəllə-beyin travması alan İsrail aviaşirkətinin işçisi kimi təqdim edilərək ölkədən çıxarılıb.

1961-ci ildə Qüdsdə başlayan məhkəmə prosesindən sonra Eyxman edam cəzasına məhkum edilni. O, insanlığa, yəhudi xalqına qarşı cinayətlər və müharibə cinayətləri də daxil olmaqla 15 ittihamla üzləşib.

Nagar 1962-ci ildə onu Ramla həbsxanasında asıb və nasistin külü dənizə səpilib. Bu, tarixdə ilk televiziya məhkəməsi olub. Cəlladın kimliyi uzun müddət gizli saxlanılıb. Nagarın sözlərinə görə, o, 30 il bu sirri saxlayıb və edamdan sonra kabuslar görüb.

 

Şahanə Rəhimli
Musavst.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR