İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna xüsusi təyinatlıları Rusiya ordusunun çoxlu əsgərini əsir götürdü, VİDEOSUNU YAYDI (18+)

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Rusiya ordusuna qarşı daha bir uğurlu əməliyyat həyata keçirib.

Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki, Kursk vilayətində keçirilən əməliyyat zamanı Rusiyanın 810-cu dəniz piyadaları briqadasına aid olan onlarla hərbçi əsir götürülüb.

Əməliyyatın detalları haqqında yayılan məlumatlara görə, əsir götürülən hərbçilər Rusiya Silahlı Qüvvələrinin peşəkar bayramını qeyd etdiyi gün hücuma məruz qalıb. Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri bu hadisəni qələbə əhval-ruhiyyəsi ilə qeyd edərək bildirib:

“Düşmənin dəniz piyadaları məhz bu cür öz peşə bayramlarını qeyd etməlidirlər.”

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri öz rəsmi “Telegram” kanalı vasitəsilə yayıb. Əməliyyatdan görüntülər də təqdim edilib, hansı ki, düşmənin ağır itkilərə məruz qaldığını və əsirlərin durumu ilə bağlı sübutları nümayiş etdirir.

Hadisənin videosunu aşağıda izləyə bilərsiniz:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR