İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “Hizbullah"ın müharibəyə qoşulmasının dəhşətli nəticələri olacaq”

“Hizbullah"ın müharibəyə qoşulmasının dəhşətli nəticələri olacaq”.

“Report” “Sky nuys”a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, "Hizbullah" müharibəyə qoşulmaq barədə qərar verərsə, səhv etmiş olacaq: “Nəticədə "Hizbullah" peşman olacaq”.

B.Netanyahu söyləyib ki, bu halda "Hizbullah" dəhşətli dağıntılara məruz qalacaq.

İsrailin baş nazirinin sözlərinə görə, HƏMAS-ın oktyabrın 7-dəki hücumu 11 sentyabr hadisələrindən sonra ən dəhşətli terror aktıdır.

O, həmçinin müharibənin uzun müddət davam edəcəyi barədə xəbərdarlıq edib.

B.Netanyahu qeyd edib ki, ölkəsi mülki əhali arasında itkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR