Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs razılaşması ilə bağlı ehtiyatlı mövqe sərgiləyib. O bildirib ki, danışıqlar hələ davam edir və yekun qərar verilməyib.
Musavat.com xəbər verir ki, Netanyahunun ehtiyatlı tonu, hökumət daxilindəki far-right (uzaq sağ) qanadın müharibənin dayandırılmasına qarşı çıxması ilə əlaqələndirilir. Məlumatlara görə, bu qanad müharibənin davam etdirilməsini tələb edir və atəşkəs razılaşmasının İsrailin maraqlarına uyğun olmadığı qənaətindədir.
Netanyahunun açıqlamaları müharibənin sonlandırılacağı ilə bağlı gözləntilərə kölgə salır. Danışıqların nəticələri isə yaxın günlərdə İsrail və Qəzzadakı vəziyyətin gələcəyini müəyyənləşdirəcək.
Mənbə: https://on.wsj.com/3WKh94b
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ