Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin təlim-məşq toplanışına sonradan qoşulacaq futbolçuların hazırlığa qatılma tarixləri bəlli olub.
Bunu yığmanın məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlayıb.
Azərbaycan kubokunun finalında oynayacaq "Qarabağ" və "Zirə"nin futbolçuları iyunun 3-dən toplanışa başlayacaq. Legioner həyatı yaşayan müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı da həmin gün kollektivə qoşulacaqlar.
Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar. Onlar məşqçilərin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşırlar.
Milliyə U-21-in 3 üzvü də qoşula bilər. Onların iyunun 11-də Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün əsas komandaya qoşulması gözlənilir. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət millinin heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra əsas milliyə cəlb ediləcək.
Qeyd edək ki, yığmamız iyunun 7-də Albaniya, 11-də Qazaxıstanla üz-üzə gələcək./İdman.Biz
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ