İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhənglər yenidən neft-qaz layihələrini almağa başlayıb  

Dünyanın neft-qaz nəhəngləri qiymətlərlə bağlı müəyyənliyin formalaşması şəraitində hasilat aktivlərinin alışını artırırlar.

Musavat.com xəbər verir ki, ötən ilki qiymət volatilliyi fonunda bu sahədə çoxsaylı alqı-satqı müqavilələri yekunlaşmamış qalmışdı: alıcı və satıcılar qiymətlə bağlı razılığa gələ bilmədiklərinə görə imzalanma prosesi yarımçıq saxlanırdı.

Bu il artıq qiymətlərdə sabitləşmə baş verib deyə sektorda aktivlər üzrə alqı-satqı prosesi aktivləşib. İri şirkətlər neft-qazın hələ yaxın bir neçə ildə tələbatlı əmtəə olacağını görərək yenidən upstream – geoloji kəşfiyyat layihələrini almağa başlayıblar. Bu zaman əsas ağırlıq qaz layihələrinə salınır, çünki enerji keçidində qaz ən əlverişli məhsul hesab olunur.

Mayın sonunda ABŞ-ın Chevron şirkəti 7,6 milyard dollara Kolorado və Texasda neft-qaz aktivləri olan PDC Energy şirkətini alıb. Mart ayında Fransnın TotalEnergies şirkəti CEPSA-nın Birləşmiş Ərəb Əmirliklərindəki hasilat aktivlərini 1,68 milyard dollara satın alıb.

İtaliyanın Eni şirkəti iyunun sonunda Böyük Britaniyada yerləşən Neptune Energy-ni 4,9 milyard dollara aldığını elan edib. Neptune-nin aktivlərinin çox mühüm hissəsi qaz sahəsindədir. İtaliya şirkəti onu almaqla Rusiyanın qaz asılılığından qurtulmaq, həmçinin 2030-cu ilədək öz aktivlərinin tərkibində qaz aktivlərinin payını 60 faizə çatdırmaq məqsədini güdür.

BP və ADNOC martda İsrailin NewMed Energy şirkətinin 25 faizini əldə ediblər. Bu aktivlərə 1,4 milyard dollar yatıran Britaniya nəhəngi İsrailin “Leviafan” qaz yatağı vasitəsilə Şərqi Aralıq dənizinin ehtiyatlarına çıxış əldə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR