Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda metallurgiya sənayesi üzrə ixtisaslaşmış, metal külçə və armatur istehsalı ilə məşğul olan böyük şirkətlərdən biri - “Milan-A” MMC-nin külli miqdarda borcu yaranıb.
Musavat.com xəbər verir ki, MMC-nin 2 milyon 500 min manat payçılardan birinə, 2 milyon manata yaxın isə vergi borcu yaranıb.
Şirkət payçıdandan götürdüyü 3 milyon manatdan çox borcun 2 milyon 500 min manatını ödəməyib.
Bundan başqa, “Milan-A” MMC vergiyə də külli miqdarda borclanıb. Şirkətin hazırda vergiyə 1 milyon 980 min manat borcu var.
Qanuni təmsilçisi Hüseynov Abdulla Qaybəli oğlu olan şirkətin 60 min manata yaxın əmlakı siyahıya alınıb. Vergilər Nazirliyi tərəfindən həmin əmlakların satılaraq vergi borcuna yönləndirilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət edilib.
Qeyd edək ki, şirkət yarandığı gündən 70 milyon manata yaxın dövriyyəsi olub. 210 nəfərdən çox işçisi olan, aylıq 250 min manata yaxın əmək haqqı ödəyən şirkət maliyyə böhranı yaşayır.
İ.Muradov
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ