Onlayn ictimai-siyasi qəzet
Ermənistan pul müqabilində silah almadığına görə Rusiyanı məhkəməyə vermək fikrində deyil, problem tərəfdaşlıq şəraitində həll edilməlidir.
Bunu Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sərkisyan deyib.
“Silahlar çatdırılmayıb, amma məhkəməyə müraciət etməyəcəyik. Düşünürəm ki, məsələ tərəfdaşlıq şəraitində həllini tapacaq”, - o bildirib.
Qeyd edək ki, Ermənistan hökuməti silaha görə ödədiyi 200 milyon dollar vəsaitin Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin bağlanılmasına sərf edilə biləyini bildirmişdi.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Kamran Həsənli və Sevinc Telmanqızının təqdimatında Kamranla 1 verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ