Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ yardımının dayandırılmasının nəticələrini dərhal hiss etməyəcək, amma bu, çox ciddi olacaq və mövcud duruma olduqca təsir göstərəcək.
Teleqraf xəbər verir ki, bunu məsələ ilə tanış olan bir ABŞ rəsmisi CNN-ə deyib.
Rəsmi qeyd edib ki, ABŞ-nin hərbi yardımının dayandırılmasının cəbhə xəttində hiss olunması üçün bir müddət - bəlkə də günlər və ya həftələr lazımdır. Bununla belə, onun sözlərinə görə, Ukraynanın təchizatı tükənməyə başladıqdan sonra digər ölkələr bu itkiləri ödəməyə çalışsalar belə, təsir ciddi olacaq.
“Avropanın təkbaşına doldura bilməyəcəyi potensial boşluq var”, - Amerika rəsmisi söyləyib.
ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kansianın fikrincə, Ukrayna Amerika yardımının dayandırmasının nəticələrini iki-dörd ay ərzində hiss edəcək, Avropa ölkələrinin yardımı Kiyevə hələlik mübarizədə qalmağa kömək edəcək. Həmçinin o, nəticələrin dağıdıcı olacağı barədə Ukraynaya xəbərdarlıq edib.
Əslində ABŞ Ukraynanın Rusiyaya təslim olmasını tələb edir. Qəribə şəkildə bu məsələdə Moskva və Vaşinqtonun maraqları üst-üstə düşür.
Teleqraf xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.
Onun sözlərinə görə, hazırda ABŞ ilə danışıqların nə vaxt bərpa olunacağını söyləmək çətindir, çünki Prezident Donald Tramp Kiyevə qarşı qəbuledilməz tələblər irəli sürür.
“Əlbəttə, Kiyevdə heç kim belə bir ünsiyyət formatına razı deyil. Ancaq anlamalıyıq ki, hələ də kompromis tapmalı olacağıq. Hələlik avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Çünki Avropa başa düşür ki, qitənin şərq cinahını müdafiə edən Ukrayna məğlub olarsa, Baltikyanı ölkələr və ya Polşa təhlükə altında olacaq. Buna görə də müdafiələrini gücləndirməyə çalışırlar”, - Seleznyov bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimaıtndakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ