İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin qiyməti beş aylıq minimuma endi

Dünya bazarında neftin qiymətində sürətli ucuzlaşma başlayıb.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, "Brent" markalı etalon neftin fevral fyuçerslərinin qiyməti Londonun İCE birjasındakı hərraclarda 3 dollara yaxın ucuzlaşaraq son 5 ayda ilk dəfə olaraq 74.62 dollar təşkil edib.

Nyu-York əmtəə birjasında WTI neftinin yanvar fyuçersləri isə 2,83 dollar ucuzlaşaraq 69.49 dollara satılır.

Analitiklər bu azalmanın Çin iqtisadiyyatına dair proqnozların getdikcə bədbinləşməsi, OPEK+ ölkələrinin 2024-cü ilin birinci rübündə hasilatı azaltmaqla bağlı könüllü öhdəliklərə əməl edəcəklərinə inamın az olması ilə izah edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR