Onlayn ictimai-siyasi qəzet
Morgan Stanley Bankının analitikləri cari ilin birinci rübündə Brent neftinin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 2,5 dollar azaldaraq 75 dollara endiriblər.
Musavat.com bankın hesabatına istinadən xəbər verir ki, analitiklərə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının tarif siyasəti qlobal tələbi zəiflədə və 2025-ci ilin ikinci yarısında onu təklifə daha çox uyğunlaşdıra bilər.
Hesabatda qeyd olunur ki, tariflərin tətbiqi və ticarət gərginliyinin artması neftə bağlı seqmentlərə ağrılı zərbə vura bilər. Tələb proqnozu ilə bağlı artan qeyri-müəyyənlik, çox güman ki, OPEC+u aprelin 1-də başlamağı planlaşdırdığı neft hasilatına məhdudiyyətlərin tədricən yumşaldılmasını təxirə salmağa məcbur edəcək.
Analitiklər bu il neft tələbi ilə bağlı əvvəlki təxminlərini dəyişməz saxlayıblar, lakin ilin ikinci yarısında təklifin əvvəllər gözləniləndən aşağı olacağı ehtimalını qeyd ediblər.
PEC+ tərəfindən hasilatın azaldılması müddətinin uzadılması bankın tədarük proqnozunu gündə 400 min barel azaldacaq.
Analitiklər Rusiyanın neft sənayesinə qarşı əlavə sanksiyaların tətbiqini və İrana qarşı ölkənin neft ixracını sıfıra endirmək üçün nəzərdə tutulmuş maksimum təzyiq siyasətinin qaytarılmasını da qeyd edirlər.
Bankda hesab edirlər ki, birinci rübün ötən dövründə qlobal neft ehtiyatları gündə təxminən 600 000 barel artıb və ikinci rübdə gündəlik artım 1 milyon barelə çata bilər.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ