İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistanın BMT-dəki səsverməsinə REAKSİYA

Ermənistanın BMT-də Rusiya əleyhinə səs verməsi Moskvada narazılıqla qarşılanıb. Lakin rəsmi şəxslərdən hələlik sakit açıqlamalar gəlir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədr müavini Svetlana Jurova danışıb.

Onun sözlərinə görə, Ermənistan, Gürcüstan və Slovakiyanın BMT ilə Avropa Şurası arasında əməkdaşlığa dair qətnaməni dəstəkləməsi (Burada Rusiyanın Ukraynaya hərbi təcavüzü pislənilir - red.) bu ölkələrin birbaşa Rusiyaya qarşı çıxması anlamına gəlmir.

Jurova hesab edir ki, sənəddəki Rusiya əleyhinə ifadələr yalnız ümumi sənədin tərkibindəki bəndlərdən biri olub və qətnamənin digər müddəaları bu ölkələr üçün faydalı görünüb:

“Rusiyaya qarşı istənilən ittihamlar mənim üçün qəbuledilməzdir. Görünür, sənəddə həmin ölkələr üçün önəmli olan bir çox bəndlər var idi, lakin kimsə sənədə düzəliş edib, üstüörtülü şəkildə Rusiyanı aqressor kimi göstərməyə çalışıb. Yəqin ki, bu ölkələr sənədin digər hissələrində öz maraqlarını görüb onu dəstəkləyiblər”.

Qeyd edək ki, “Kommersant” qəzeti Ermənistan və Gürcüstanın BMT-nin Rusiyanı Ukraynaya qarşı hərbi təcavüzdə ittiham edən qətnaməsinə səs verdiyini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 May 2025

10 May 2025

BÜTÜN XƏBƏRLƏR