Onlayn ictimai-siyasi qəzet
OPEC+ ölkələrinin neft hasilatının artırılmasını dekabr ayından bir ay təxirə salmaq qərarı tələbin aşağı olduğu mövsümünün başlaması ilə əlaqədardır.
Musavat.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalına bildirib.
“Bildiyiniz kimi, OPEC+-da bizim iş prinsipimiz bazarı yaxından izləmək, tələb və təklif balansını izləmək və hazırkı vəziyyətə əsasən, bu gün əldə etdiyimiz fakta əsaslanaraq, tamamilə obyektiv qərarlar qəbul etməkdir. Hələ qış dövrüdür və yay dövrünə nisbətən tələbatda azalma var - daha az avtomobil sürülür, tətil mövsümü başa çatır, buna görə də tələb və təklif balansı baxımından hasilatın artırılması müddətini bir az ləngitmək məsləhətdir” - o qeyd edib.
Novak vurğulayıb ki, tərəfdaşlar dekabrın əvvəlində vəziyyəti bir daha təhlil edəcəklər:
“Bazarda bundan sonra nə baş verəcəyini diqqətlə izləyəcəyik, hələlik hsilat artımını bir ay təxirə salmışıq. Dekabrın əvvəlində nazirlərin görüşü olacaq və bir aydan sonra mövcud vəziyyəti, birinci rüb üçün proqnozları təhlil edəcəyik və vəziyyətə əsasən qərar verəcəyik".
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ