Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-may aylarında Dövlət Neft Fonduna Azəri-Çıraq-Günəşli yatağından 2 milyard 617,2 milyon ABŞ dolları gəlir daxil olub.
Musavat.com Fonda istinadən xəbər verir ki, “Şahdəniz” yatağından isə qurum 244,069 milyon ABŞ dolları gəlir əldə edib. Bunun 60,784 milyon ABŞ dolları “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunub.
Musavat.com-un Fondun məlumatları əsasında apardığı hesablamaya görə, bu il AÇG-dən əldə olunan gəlir ötən ili eyni dövrü ilə müqayisədə 10,1 faiz(2023-cü ilin yanvar-mayında 3 milyard 13 milyon dollar gəlir olmuşdu), “Şahdəniz”dən əldə olunan gəlir isə 74 faiz(935,754 milyon dollar) azalıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ