İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun gəlirləri azalıb

2023-cü ilin 9 ayında Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yatağından gəlirləri 5 milyard 234 milyon dollar təşkil edib.

Musavat.com Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz azdır.

Ötən ilin 9 ayında AÇG-dən Fonda 7 milyard 528 milyon dollar daxil olmuşdu. 9 ayda Neft Fondunun “Şahdəniz” qaz-kondensat yatağından gəliri 1 milyard 183 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nəzərən 2,2 faiz azdır. “Şahdəniz”dən gəlirlərin 259,554 milyon dolları kondensat satışından daxil olub. Burada isə azalma 21 faiz təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR