İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft Fondunun dollar satışı 2,5 dəfəyə yaxın artıb

Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 574,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Musavat.com Fondun hesabatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 339,9 milyon dollar və ya 2 dəfədən çoxdur.

Ötən ilin noyabrında Fondun valyuta satışının həcmi 234,7 milyon dollara bərabər olmuşdu. Bu ilin 11 ayında Fond tərəfindən 6 milyard 494 milyon dollar satılıb ki, bu da ötən ilkindən 2,55 dəfə çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR