İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft 2 saata 4 dollar ucuzlaşdı

Bu günortadan neft qiymətlərində kəskin eniş başlayıb.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 4 dollara yaxın ucuzlaşaraq 74 dollara, WTI neftinin qiyməti isə 3 dollar ucuzlaşaraq 70 dollara düşüb.

Analitiklər bu enişin əsas səbəbi kimi Çində iqtisadi artımla bağlı narahatlıqları göstərirlər. Bu gün səhər Çinin istehsal sənayesi üzrə satınalma menecerləri indeksi (PMI) açıqlanıb. Məlum olub ki, indeks avqustda bir ay əvvəlki 49,4 bəndlə müqayisədə 49,1 bəndədək azalıb. İndeksin 50 baldan aşağı olması sektorda aktivliyin azaldığını göstərir və istehsal PMI dördüncü aydır bu səviyyənin altındadır.

Hətta Liviyada hasilatın azaldılmasına dair xəbərlər də Çin iqtisadiyyatındakı ləngimənin bazarda yaratdığı bədbinliyi aradan qaldıra bilməyib.

Xatırladaq ki, Liviyanın dövlət şirkəti National Oil Corp. gündə təxminən 70 min barel neft hasil edilən El-Feel yatağında fors-major vəziyyətinin başladığını elan edib.

Ötən həftə Liviyanın şərqindəki səlahiyyətlilər nəzarət etdikləri ərazidən neft hasilatını və ixracını dayandırıblar. Nəticədə ölkədə hasilat sutkada 1 milyon bareldən təxminən 450 min barelə düşüb. Analitiklərin fikrincə, Liviyada hasilatın azalması dördüncü rübün əvvəlində OPEC+-dan yanacaq tədarükünün artması ehtimalını artıra bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR