Onlayn ictimai-siyasi qəzet
Hərbi ekspert Üzeyir Cəfərov TV Musavat-ın canlı efirinin qonağı olub.
Musavat.com xəbər verir ki, Üzeyir Cəfərov Nəcməddin Sadıkov haqqında olan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakimlər Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun istintaqa göndərdiyi hesabatı açıqlayıb. Elnur Süleymanov nazirlikdə son illər ərzində xərcləri açıqlayıb.
Hesabatda qeyd olunub ki, nazirlikdə 2015-2019-cu illərdə tədbirlərə 713 min xərc çəkilib. Bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ çiçəyim” gül salonları şəbəkəsindən həmin illər ərzində 60 min manatlıq gül alınıb. Dibçəklərin alınması üçün isə 14 min manat xərclənib. Hesabatda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovla bağlı bəzi xərclər açıqlanıb. Nəcməddin Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat xərclənib. Bundan əlavə, ona 80 butulka çaxır alınıb ki, həmin çaxırların birinin qiyməti 100 manat olmaqla 8 min manat xərclənib.
Ətraflı videoda:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ