Aktrisa Oksana Rəsulova həmkarı, Akademik Milli Dram Teatrının (AzDrama) aktyoru Ziya Ağa ilə bağlı diqqət çəkən paylaşım edib.
Oksana instaqram səhifəsində 3-4 sentyabr tarixlərində Sankt-Peterburqda - Aleksandrinski Teatrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “İblis və...” tamaşasında Arif obrazını canlandıran Ziyanın fəaliyyətini yüksək dəyərləndirərək, ünvanına təriflər yazıb.
“Ölkənin ən parlaq, peşəkar və çox istedadlı aktyoru Ziya Ağa. Nə yaxşı ki, sənin kimi aktyorlar səhnəmizə, mədəniyyətimizə, dövlətimizə qürur və fəxr hissi yaşadırlar. 2024-cü ildə bir Arif doğuldu. Bravo “İblis və...”, -deyə Rəsulova yazıb.
Qeyd edək ki, Oksana və Ziya bir çox tamaşalarda tərəf müqavilidirlər. Onlar sonuncu dəfə M.Teatr – “Mənim Teatrım”ın səhnəsində məşhur İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “OVOD” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada birgə çıxış ediblər. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ