İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə üçün AB-nin Ermənistandakı missiyasında fransızlardan iki dəfə çox alman yer alıb?

Xəbər verildiyi kimi 2023-cü il fevralın 20-dən etibarən Avropa İttifaqı Ermənistanda 100 ekspert və müşahidəçidən ibarət yeni müşahidə missiyası yerləşdirməyə hazırlaşır.

Bu, Avropa İttifaqının iki il davam edəcək ikinci missiyasıdır.

Musavat.com erməni medisına istinadən xəbər verir ki, həmin missiyada fransızlardan daha çox alman “missionerlər” yer alıb. Halbuki Fransa bölgədə daha aktiv görünür və Ermənistanda əsas nüfuz sahibi sayılır.

Verilən informasiyaya əsasən, hələ ki missiyaya səkkiz fransız jandarmı və 15-ə qədər alman polisi daxil edilib. Almaniyadan olan politoloq Alexander Rar Ermənistan mətbuatına verdiyi müsahibədə bunun səbəblərini izah edib. Onun sözlərinə görə, hazırda Berlin üçün Avropa İttifaqında aparıcı rolunu möhkəmləndirmək çox vacibdir.

O Almaniya, Fransa, Böyük Britaniya və Polşa arasında təhlükəsizlik məsələsində Avropada liderlik uğrunda gizli mübarizə getdiyini xatırladıb.

“Buna görə də Almaniya Avropa İttifaqında öz rolunu gücləndirmək üçün Cənubi Qafqazdakı münaqişənin həlli məsələsində daha çox iş görməyə və özünü fəal şəkildə ifadə etməyə hazırdır. Bu bir geosiyasi oyundur”, – deyə alman politoloq bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR