İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən aktyor Elxan Qasımovla bağlı açıqlama

"Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti Mədəniyyət Nazirliyinin diqqətindədir".

Bu barədə nazirlikdən Əməkdar artisti Elxan Qasımovun vəziyyəti ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq bildirilib. Həmçinin qeyd edilib ki, ötən gün nazirliyin rəsmi nümayəndəsi xəstəxanada aktyora baş çəkib, sağlamlığı ilə maraqlanıb.

"Nazirliyin rəsmi nümayəndəsi bu gün də aktyorun qızı ilə telefon əlaqəsi saxlanılıb, xəstənin vəziyyəti ilə maraqlanıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Əməkdar artist Elxan Qasımovun səhhəti pisləşib. Aktyorun qızı mətbuata açıqlamasında atasının vəziyyətinin çox ağır olduğunu bildirərək, dövlətdən dəstək istəyib.

Qeyd edək ki, 78 yaşlı aktyor Elxan Qasımov daha çox "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınır.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR