İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik AÇIQLADI: insan amili var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Masallıda baş verən yanğınla bağlı APA-nın cənub bürosuna açıqlama verib.

Regiona ezam olunan Nazirliyin Meşələrin inkişafı xidmətinin rəisi Xaliqverdi Hüseynov bildirib ki, ərazi olduqca çətin bir relyefə malikdir.

"Biz yanğının baş vermə səbəbini konkret deyə bilmirik. Amma hesab edirik ki, bütün yanğınlarda olduğu kimi, burada da insan amili var. Əhalinin mal-qara ilə və yaxud da istirahətlə bağlı əraziyə daxil olmasını müşahidə etdik. Bu ərazilərdə insanlar istirahət edir. Bu kəndin əhalisi və yaxud digər ərazilərdən, digər regionlardan gələn şəxslərlə bağlı hesab edirik ki, insan faktoru var. Təbii ki, araşdırma gedəcək. Yanğının səbəbləri ilə bağlı ilkin olaraq bu gün hər hansı bir məlumat vermək doğru olmazdı, qeyri-dəqiq olardı" - deyə xidmət rəisi qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR