İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik 26 minə 5 ədəd “Niva” alır – Satışda 18,7 min manatdır

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Ümumi dəyəri 130 min 750 manat olan tender müsabiqələrinin qalibi "Xəzər Auto" MMC (VÖEN –1306467891) olub.

Tenderin şərtlərinə görə, "Xəzər Auto" MMC Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 ədəd avtomobil satacaq. Açıqlanan məlumatlarda göstərilir ki, satın alınacaq avtomobilin istehsal ili 2023-cü ildir (yeni). Mühərrikinin həcmi 1,7 L (benzin) olan ağ rəngli avtomobillər 83 at gücündə olmaqla 3 qapılı olacaqlar. "Xəzər Auto" MMC tərəfindən satılan avtomobillər arasında qeyd olunan göstəricilərə uyğun gələn yeganə model "Lada Niva"dır.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 ədəd "Lada Niva" avtomobili üçün 26 min 150 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, dünən (7 avqust 2024) ölkənin aparıcı avtomobil elanı saytlarından birində "Xəzər Auto" MMC tərəfindən yerləşdirilən elanda göstərilir ki, 2024-ci il istehsalı və 0 km yürüşü olan "Lada Niva"nın satış qiyməti 18 min 700 manatdır.

 
Onu da qeyd edək ki, "Xəzər Auto" MMC 13 dekabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nərimanov pr., ev 55, m 67-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbaslı Kamran İlkin oğludur. (Yeniavaz.com)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR