İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən SENSASİON ANONS - "Sülh müqaviləsindən sonra MÜHARİBƏYƏ hazırlaşırıq!" - VİDEO

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “AzTV”yə müsahibəsində söylədiyi fikirləri səsləndirib. 

Qeyd edək ki, Ceyhun Bayramov müsahibəsində deyib: “Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər.

Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır”.

Ətraflı videoda: 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR